İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi X sosial şəbəkəsində mesaj yayımlayıb və yazıb:
Qafqazla bağlı məsələlər ancaq bu region ölkələrinə aiddir. İran və regionun digər ölkələri Qafqazın sabitliyi və təhlükəsizliyi üçün 3+3 təşəbbüsünü qətiyyətlə dəstəkləyir və heç vaxt regiondan kənar müdaxiləni qəbul etmirlər. Digər fundamental məsələlər kimi bizim də bu fundamental məsələdə də Qərbin məqsəd və istəkləri ilə bağlı ciddi problemimiz var.
İranın Bakıdakı səfiri: Qərbin Qafqazdakı məqsəd və istəkləri ilə bağlı ciddi problemimiz var
7 mart 2024 at 22:53
Xəbər kodu:
85411624
Tehran - İRNA - İran İslam Respublikasının Bakıdakı səfiri X sosial şəbəkəsində Qərb ölkələrinin Qafqaz regionunun daxili işlərinə qarışmasına reaksiya verib.
Sizin rəyiniz